Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2549
az

ŞOK! "Arpa kəndi yaxınlığında Azərbaycan yeni mövqelər qurub." -

01:1503 İyun, 2018
4297
QARABAĞ
  • A
Daha öncə xəbər verdiyimiz kimi, "Facebook" sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan, öz səhifəsində bildirib ki, Arpa kəndi yaxınlığında Azərbaycan yeni mövqelər qurub.

"Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar", - deyə Tumanyan öz "Facebook" səhifəsində yazıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə sualları "Razminfo" saytının redaktoru Karen Vrtanesyan və Arpa kənd rəhbərinin nümayəndəsi Qevorq Simonyan cavablandırıb.

Vrtanesyan Arpa kəndi istiqamətində bəzi hissələrdə ordumuzun öz mövqelərini irəli çəkdiklərini bildirib.

Erməni jurnalistin "Bu hər hansı əməliyyata başlayacaqlarına dair düşünməyə əsas verirmi?" sualına Vrtanesyan bu şəkildə cavab verib: "Biz istənilən halda düşmənin hərbi əməliyyatlara başlaya biləcəyini istisna edə bilmərik, mən bunu həmişə demişəm. Buna görə, bu və ya başqa bir fəaliyyət bu baxımdan nəzərdən keçirilə bilər. Amma bu vəziyyətdə, bu əməliyyatın bəzi uzaq planların tərkib hissəsi olduğuna dair məsələlər iddia olardı. Ola da bilər, olmaya da".

Daha sonra Vrtanesyan jurnalistin "Yəni bu baxımdan müdafiə nazirliyinin düşünməyə bir səbəbi varmı?" sualına ötəri yanaşaraq cavabdan yayınıb.

"İstənilən halda, yenə deyirəm həmin bölgə nəzəri cəhətdən Naxçıvanda ərazisidir. Hansı imkanları ola bilər, artıq bu başqa bir mövzudur. Azərbaycanlıların indiyədək belə bir addım atmadıqları başqa bir məsələdir", - deyə o qeyd edib.

Məsələ ilə bağlı Arpa kənd rəhbərliyinin nümayəndəsi Qevorq Simonyan da münasibət bildirib.

Onun sözlərinə görə, sözügedən mövqelər kəndi müşahidə altında saxlayır və məsələ ilə bağlı Ermənistan müdafiə nazirliyindən bölgəyə qrup göndərilib.

"Ermənistan müdafiə nazirliyindən gəldilər. Hamı da bilir, gəlib baxıb. Onlar mövqeni yeni qoyublar. Açıq-aydın dağın təpəsindədir", -deyə Simonyan bildirib.

Qeyd edək ki, ordumuz Naxçıvan istiqamətində Günnüt kəndi istiqamətində yerləşən mövqeləri azad etməklə yanaşı, digər istiqamətdə də (Ermənistanın Vayots Dzor vilayətinin Arpa kəndi istiqamətində) öz mövqelərini möhkəmləndirib. Düşmən Arpa kəndi istiqamətindən məlumatlar yaymaqla, Günnüt kəndi istiqamətindəki məğlubiyyətini gizlətməyə çalışır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi