Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2541
az

İsmayıllıda sel və qasırğa nəticəsində,insanlar evsiz qalıb,cadırlar qurulur- FOTO

20:3802 İyun, 2018
1068
CƏMİYYƏT
  • A

İsmayıllıya yağan güclü yağış kəndlərə ciddi ziyan vurub, evlərin damları uçub, bir neçə ailə gecəni maşında gecələməli olub.
 
OXU24.COM apa-ya istinadən xəbər verir ki, iyunun 1-də gecə saatlarından başlayaraq İsmayıllı rayonuna qasırğa güclü küləklə müşahidə edilən leysan yağıb. Rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Bir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin içindəki əşyalar, elektrik avadanlıqları və əşyalar su içində qalaraq yararsız vəziyyətə düşüb. Həyətdəki tövlələrin dam örtüyü də dağılıb, ot bağlamaları yararsız vəziyyətdədir.
 
Qaçqınların müvəqqəti yaşadığı binanın da dam örtüyü uçub, yağan yağış evlərə dolub. Evlərdə yaşamaq mümkünsüz olduğu üçün insanlar səhərədək küçədə qalıblar. Yol kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkətinə maneə yaranıb.
 
Diyallı kənd sakinləri Hüseynov Rasim, Əhmədov Aqil, Əhmədov Şakir APA-nın yerli bürosuna bildiriblər ki, dünən gecədən qəflətən qasırğa şəklində yağış və külək başlayıb, evlərin dam örtüyü uçub, gecəni maşında və qohumların evində keçiriblər.
 
Hazırda Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır və ailələr yaxın saatlarda müvəqqəti yaşamaq üçün həmin  çadırlara köçürüləcək. Komissiya kənddə evlərə baxış keçirir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün ard-arda maqnit qasırğası olacaq - RƏSMİ
Dördüncü kurs tələbəsi vəfat etdi
Yağış, dolu, sulu qar... - Faktiki hava AÇIQLANDI

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...