Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25380
az

Məleykə Əsədovadan şok sözlər:"Deyirlər,evimi filankəs alıb"

10:1528 Fevral, 2020
662
ŞOU-BİZNES
  • A

"Deyirdilər, evini filankəs alıb"

 

"Məktəbə tez gedib, 16 yaşım olmamış universitetə qəbul oldum. Atam dünyasını tez dəyişdi. Ailəni atam dolandırırdı, çətin vəziyyətə düşdük. Anam rayonda işləyirdi, mənlə qalmırdı. Əziyyətimi heç kimə bildirmirəm, içimdə çəkirəm. Universitetdə hamı görürdü ki, Məleykə, zərif qız, gəlir dərsə, yaxşı oxuyur. Dərs bitən kimi rayona qaçırdım, qohumlarımızın ansamblı ilə toylara gedirdim".

Oxu24.com   xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Şou ATV" verilişində deyib. Aktrisa gənc yaşlarında toylarda müğənnilik etdiyini söyləyib. O bildirib ki, rayon toylarının ən məşhur siması olub:

 

"Oxuyub, pul qazanıb, gəlib Bakıda kirayə pulumu ödəyir, geyim alırdım. Gənclik illərimdə kinoteatra getməmişəm, sevgi yaşamamışam. Universiteti bitirəndə getdim 1 il rayonda işlədim, hər gün toylara gedirdim, pul yığırdım. Gəlib Bakıdan ilk evimi aldım. Məşhur olandan sonra dedilər, evini filankəs alıb. Yalandır, hər şeyi əziyyətlə əldə etmişəm. İstedadlı aktrisaya obraz verilir. Bunları əziyyətimlə qazanmışam. Hamı məni indiki kimi görür. Problemimi heç kim görməsin, bilməsin istəmişəm.

İstedadı Allah mənə verdi, anam, tamaşaçılar dəstək oldu. O vaxt nə yaşım var idi ki... 17-18 yaşımda gəncliyimi yaşamadım, çalışıb pul yığırdım. Ağlım var idi. Mən də gəlib maşın alardım, özümü göstərərdim. Amma etmədim, birotaqlı ev aldım. Sonra yenə pul yığıb onu ikiotaqlıya dəyişdim. Daha sonra maşın aldım".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zeynəb Xanlarova Şuşada - FOTO
Manafın ad günündə Vasif əlbəyaxa dava edib? - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı