Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25379
az

Koronovirusa görə bu nömrələrə zəng edin - DİQQƏT!

10:1328 Fevral, 2020
572
ELANLAR
  • A

Nazirlər Kabinetinin yanında koronavirusla bağlı aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılan qərargahın "qaynar xətt"i fəaliyyətə başlayıb.

Oxu24.com   xəbər verir ki, hazırda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, +994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.

Eyni zamanda, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycanın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.

Qərargah koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiqlənib.

Qeyd edək ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir.

Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb.

Eyni zamanda Koronavirus (COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir.

Dövlətin qurduğu bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kontakt Home" çoxsaylı işçilər axtarır - MAAŞ 1500 MANAT
"Star Mining LLC" işçi axtarır - MAAŞ 3500-5000 MANAT 
"AGRO-VEST RETAIL" işçi axtarır - MAAŞ 1500-2000 MANAT 

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu