Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
252
az

Şəmkirdə nə baş verir? 100 minlik oğurluğun arxasında hansı əl dayanıb?

16:3204 Aprel, 2018
1921
KRİMİNAL
  • A
 

Şəmkir rayonunda baş verən oğurluq hadisəsi Məmmədovlar ailəsində böyük gərginlik yaradıb. Bununla bağlı Məmmədova İntizar Məmməd qızı redaksiyamıza müraciət edib. O, təxminən 2 ay əvvəl – fevralın 16-sından 17-nə keçən gecə rayonun Zəyəm Cırdaxan kəndində yaşadıqları evdən 100 min manat dəyərində qızıl və 4 min manata yaxın nəğd pul oğurlandığını bildirib. İntizar xanımın sözlərinə görə, hadisədən dərhal sonra polisə müraciət etsələr də, məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur:

“Hadisə zamanı gəlinlərimin, özümün, qızımın və nəvələrimin qızıllarını oğurlayıblar. Qızılın ümumi dəyəri 100 min manatdır. Şəmkir polisinə, qaynar xəttə, Daxili İşlər Nazirliyinə, hətta vitse-prezidentə və prezidentə belə müraciət etmişəm. Hadisə zamanı evdə yoldaşım və mən olmuşuq. Biz də yaşlı adamlarıq. Aşağıda yatmışdıq, oğrular ikinci mərtəbədə pəncərədən giriblər, evdə başqa heç nəyə əl vurmayıb. Sadəcə qızılların olduğu otağa girib sandığın qıfılını qırıb pulları və qızılları götürüblər. İçində 40 ildir saxladığım nişan üzüyüm də var idi”.

İntizar xanım şübhələndiyi bir şəxs olmadığını bildirib:

“Şübhələndiyim kimsə olmayıb. Amma yəqin ki, oğru bilib ki, biz aşağı mərtəbədə yatırıq, çıxıb ikinci mərtəbədən oğurlayıblar. Gəlinlərim də, qızım da Rusiyada yaşayırlar. Ora gedəndə dedim ki, aparmayın, itirərsiz. Mən haradan bilərdim ki, başıma belə iş gələcək. Mənim 61, yoldaşımın 70-ə yaxın yaşı var. Özümüzü ələ ala bilmirik. Bu kənddə tez-tez oğurluq hadisəsi olur, üstünü də aça bilmirlər. Az qala hər həftə 2 dəfə oğurluq hadisəsi yaşanır. Buna son qoymaq lazımdır. Mən 40 ilə yaxındır ki, tibb bacısı işləyirəm, dövlətə xidmət edirəm. Polisə nə vaxt zəng edirik, deyir, işləyirik, nəticə yoxdur”.

Daha sonra İntizar xanımdan işin gedişatı maraqlanmaq üçün mütəmadi olaraq hansı polis əməkdaşı ilə əlaqə saxladıqlarını soruşduq. O isə Zaur adlı bir əməkdaşın telefon nömrəsini verdi. Həmin əməkdaşa zəng edib özümüzü jurnalist kimi təqdim etdikdən sonra aldığımız cavab bu oldu:

“Bu işlə mən məşğul olmuram. Sizə mənim adımı kim verib? Məni narahat etməyin”. Biz isə polis əməkdaşına KİV haqqında qanunun 29-cu maddəsini xatırlatdıq: Kütləvi informasiya vasitələrinin dövlət təşkilatlarından, ictimai birliklərdən və vəzifəli şəxslərdən informasiya almaq hüququ var. Bununla belə polis əməkdaşı “məni narahat etməyin” deyərək, araşdırmanın gedişatı ilə bağlı məlumat verməkdən imtina etdi və telefonu söndürdü. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ