Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25151
az

135 nəfər YAP-dan  çıxarılıb - RƏSMİ

11:2125 Fevral, 2020
415
SİYASƏT
  • A

“123 nəfər YAP tərəfindən irəli sürülmüş namizədimiz vardı. 236 nəfər isə partiyanın qərarı olmadan öz hüquqlarından istifadə edərək, namizədliyini irəli sürmüşdü”.

Bunu Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsində deyib.

S. Novruzovun sözlərinə  görə, onlardan 101 nəfər partiya tərəfindən namizədlər irəli sürüldükdən sonra öz namizədliyini geri götürüb:

 

“135 nəfərlə isə söhbət aparıldı. Partiyanın Nizamnaməsində göstərilir ki, partiyanın qərarına hörmətlə yanaşılmalıdır. Partiyanın rəhbər orqanlarının çıxardığı qərarlar partiyanın üzvləri tərəfindən qəbul olunmalıdır. Eyni qaydada üzvlər üçün də bizim Nizamnamədə qeyd olunub ki, hər zaman partiyanın dəstəyindən istifadə edə bilər. Həmin şəxslər isə bizim öz namizədlərimizə alternativ yaradırdılar. Partiya uzun illər ölçüb-biçir, tədqiqat işləri aparır ki, hansı dairədən hansı şəxsin namizədliyi irəli sürülsə, qələbə çala bilər. Bunlar hamısı hesablanır. Bütün bunlarla bağlı tədqiqat aparıldıqdan sonra namizədlər irəli sürülür. Lakin 135 nəfər bu tələblə razılaşmadığı üçün partiyadan xaric edildi. Özü də həmin şəxslər Bakıda hansısa təşkilatdan idilər və müxtəlif rayonlarda namizədliyini irəli sürmüşdü. Həmin şəxslərə izah edildi ki, partiyanın bütün qüvvəsi partiyanın irəli sürdüyü namizədi dəstəkləmək üçün səfərbər olunub. Bir partiyadan iki namizəd çıxaranda seçicilər arasında çaşqınlıq yaranır. Bu baxımdan həmin şəxslər partiya sıralarından çıxarıldı. Hazırda onların böyük əksəriyyəti peşmanlıq keçirərək, bizə müraciətlər edirlər. Bu isə təşkilatların və Nəzarət-Təftiş komitəsinin işidir ki, həmin şəxslərlə bağlı qərar verəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Nuriyev İqor Petrişenko ilə görüşüb
Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi