Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25066
az

İranla sərhədi niyə bağlamırıq? 

10:3124 Fevral, 2020
438
  • A

Çində meydana gələn və çoxsaylı ölümlərə səbəb olan koronovirusun İranda yayılması ciddi narahatlıq yaradıb.

Axar.az xəbər verir ki, İranda artıq bu virusdan ölənlərin sayının 18-ə çatması səbəbindən qonşu ölkələr – Türkiyə, İraq və Pakistan bu ölkə ilə sərhəd-keçid məntəqələrini bağlayıb. Türkiyə hətta İrandan Naxçıvan vasitəsilə ölkəyə girişin qarşısını almaq üçün Naxçıvan sərhəd-keçid məntəqəsini də qapadıb.
Ermənistan İranla sərhədi bu gün bağlayacağını açıqlayıb, Gürcüstan isə hava əlaqəsini dayandırıb.

Azərbaycan Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində iş rejimini gücləndirib, dezinfeksiya işləri aparılır və gediş-gəliş məhdudlaşdırılıb. Xüsusilə toplu halda turist səfərləri təxirə salınıb. Azərbaycanın İrandakı konsulluqları da viza verilməsində məhdudiyyət tətbiq edir. Həmçinin rəsmi qurumlar İrana səfər etməməklə bağlı çağırış edib. Buna baxmayaraq, İranla sərhəd-keçid məntəqələri tam bağlanmayıb.

Mövzu ilə bağlı saytımızın sualını cavablandıran Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, sərhəd qapılarının bağlanması qurumun səlahiyyətinə aid deyil:

“DGK Səhiyyə Nazirliyi ilə birgə lazım olan tədbirləri görür və sərhəd-buraxılış məntəqələrində nəzarət gücləndirilib, dezinfeksiya işləri aparılır və ölkəyə daxil olan şəxslər yoxlanılır. Ancaq sərhəd-keçid məntəqəsinin bağlanması səlahiyyəti DGK-ya aid deyil”.

Məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu verilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Bu gün Milli Sevgililər Günüdür
Azərbaycanda daha iki nəfər GÜLLƏLƏNDİ

Çin alimlərinin kəşfi

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO