Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24951
az

Astara sakinləri heroin satarkən tutuldular

13:3321 Fevral, 2020
640
KRİMİNAL
  • A

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astara şəhəri ərazisində 1 bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq R.Rzayevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin zirzəmisində 1 ədəd bağlamada 1 kiloqram 25 qram narkotik vasitə tiryək, 15 ədəd kibrit qutusunda 40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri ilə isə rayonun Şahağacı kənd sakini S.Həsənov saxlanılıb və onun üzərindən 1 bükümdə psixatrop maddə metemafetamin aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri ilə S.Həsənovun psixatrop maddəni həmkəndlisi R.Ağayevdən aldığı müəyyən edilib və sonuncu saxlanıldıqdan sonra satış məqsədi ilə üzərində gəzdirdiyi bir büküm metamfetamin aşkarlanaraq götürülüb. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayevə narkotik vasitəni satan şəxsin Astara rayonunun Qamışovka kənd sakini S.Həsənov olduğu müəyyən edilib. S.Həsənov polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 4 bükümdə 5.5 qram çəkidə psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat
12 yaşlı uşaq faciəli şəkildə öldü
İşdən beş dəqiqə gec çıxan sevgilisini döydü

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat