Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24905
az

Közlənmiş qırmızı bibər konservası - Usta öz sirlərini açır - VİDEO

22:0520 Fevral, 2020
633
MARAQLI
  • A

Oxu24.com lent.az-a istinadən bu dəfə sizi asan hazırlanan piroq resepti ilə tanış edir. 

Bu dəfə sizi sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə məşhur olan səhifəyə istinadla közlənmiş qırmızı bibər konservasının hazırlanması ilə tanış edəcəyik.

İçindəkilər:
2,700 qr qırmızı şirin bibər, 5 diş sarımsaq, 5 ədəd dəfnə yarpağı, hər bankaya 5-6 ədəd qara toxum istiot,
Marinadı üçün: 310 ml qırmızı bibərin suyu, 90 ml adi su (ümumi 400ml marinad suyu), 1 qəhvə fincanının başı 1 sm əskik 4%-li üzüm sirkəsi, 1/2 qəhvə fincanı günəbaxan yağı, yarım xörək qaşığı duz, 4 xörək qaşığı şəkər tozu.

Hazırlanması:
Bibərləri yuyuruq sonra suyunu süzüb közləyirik. Bibərlər soyuyandan sonra qabıqlarını soyub, tumunu təmizləyirik. Bibəri kəsib tumunu çıxararkən içində olan suyu bir qaba əlavə edirik ki, sonda onu marinad üçün istifadə edək. Daha sonra bir bankaya 1 diş sarımsaq və bibərləri doğrayıb əlavə edirik. Marinad üçün ayırdığımız suyu qaba tökürük. İçərisinə toxum istiotu, dəfnə yarpağını, duzu, üzüm sirkəsini, yağı və şəkər tozunu əlavə edirik. Sonra marinadı qaynadırıq və bankalara əlavə edirik. Marinadı bankaya əlavə edərkən dəfnə yarpağını və istiotu hər bankaya eyni paylamaq lazımdır. Sonra sterilizə olunmuş qapaqla ağzını örtüb qaynamağa qoyuruq. Qeyd edək ki, bankaları öz istiliyində su ilə qaynamağa qoymaq lazımdır ki, bankalar çatlamasın. Su qaynağa düşdükdən 20 dəqiqə sonra bankaları sudan çıxarıb ağzını möhkəm bağlayıb tərs çeviririk. Bankalar soyuduqdan sonra sərin yerdə saxlayırıq.
Nuş olsun!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Zebralar niyə bir-birlərinə baş yelləyirlər?
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video