Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24795
az

Qorbaçovdan Qarabağla bağlı Ermənistanı şok edəcək  video yayıldı

16:0519 Fevral, 2020
869
  • A

SSRİ zamanında bütün respublikalarda izlənən məşhur “Zaman” (Vremya) xəbərlər proqramının 1991-ci ilə aid bir buraxılışı üzə çıxıb.

 

Oxu24.com  Axar.az-a istinadla xəbər verir ki, 1991-ci il 14 mart tarixinə aid sözügedən proqram SSRİ lideri Mixail Qorbaçovun “Dağlıq Qarabağda yaşayan Azərbaycan xalqı”na müraciəti ilə başlayır.

 

Müraciətdə bildirilir:

 

“Əziz yoldaşlar, mən sizə məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm. Ölkəmizdə, o cümlədən millətlərarası münasibətlər sferasında baş tutan böyük dəyişikliklər çətin gedir. Təəssüf ki, insani qurbanlarla nəticələnən ağır konfliktlərdən qaçmaq mümkün olmayıb. Artıq dördüncü ildir ki, Dağlıq Qarabağda sülh yoxdur. Atışmalar guruldayır, insanlar ölür, qarşılıqlı yadlaşma artır. Bundan sonra nə olacaq? Mən başa düşürəm ki, inciklik, qəzəb və qarşılıqlı intiqamla zəncirvari reaksiyanın qarşısını almaq asan deyil, amma bunu saxlamaq lazımdır.

 

Burada reallıqdan çıxış etmək vacibdir: Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir! Burada SSRİ və Azərbaycan Respublikası Konstitusiyası işləkdir. Burada ermənilər və azərbaycanlılar birgə yaşayır və çalışırlar. Tarix belə əmr edib və bundan heç yerə getmək mümkün deyil”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası necə olacaq?
Məşhur müğənni məhkəməyə verilir: Oğurluq iddiası
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı:İyulun 3-ü axşamadək...

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video