Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24625
az

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə dəhşət - qısqanıb keçmiş arvadını öldürdü

17:4216 Fevral, 2020
1001
KRİMİNAL
  • A

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində kişi keçmiş həyat yoldaşını qətlə yetirib.

Oxu24.com "Report"a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 1986-cı il təvəllüdlü şəxs qısqanclıq zəminində 1996-cı il təvəllüdlü keçmiş həyat yoldaşına evində soyuq silahla ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Qadın aldığı yaralardan hadisə yerindəcə dünyasını dəyişib.

Qətli törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb. Polis onun cinayət əməlində istifadə etdiyi bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb. Saxlanılan şəxsi 13 ildən 17 ilədək həbs cəzası gözleyir

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda gənci güllələyən şəxs belə tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
Gəncədə 45 yaşlı qadın qətlə yetirildi - Yenilənib
Sumqayıt sakini spirtli içkidən öldü

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...