İngiltərənin "Mançester Siti" futbol klubu Avropa kuboklarından kənarlaşdırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə “UEFA”nın rəsmi internet səhifəsində məlumat yayılıb. Məlumata görə, "Mançester Siti" maliyyə "Fair Play" qaydalarını pozduğuna görə 2 il Avropa kuboklarından kənarlaşdırılıb. Qərar 2020-2021 və 2021- 2022-ci illəri əhatə edir. Həmçinin ingilislər 30 milyon avro cəzalandırılıb. İddialara görə, Mançester təmsilçisi 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər haqqındada səhv məlumat verib.
Xüsusilə, klub sahibləri təqribən 180 milyon avro, maliyyə "Fair Play" qaydalarına görə isə 45 milyon avro məbləğində vəsait itkisini ört-basdır ediblər. Mançester təmsilçisinin İdman Arbitraj Məhkəməsinə qərardan şikayət verəcəyi gözlənilir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində püşk "Mançester Siti"ni "Real Madrid" ilə üz-üzə gətirib.
Oxu24.com
ŞƏRHLƏR