Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24550
az

Azərbaycanda "TikTok" XƏBƏRDARLIĞI

17:4614 Fevral, 2020
565
CƏMİYYƏT
  • A

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi son aylar ərzində məşhurlaşan “TikTok” platformasında aşkarlanan təhlükə ilə bağlı xəbərdarlıq edib.

"APA-Economics" nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, bu platformanın təhlükəsi aktuallığını qoruyub saxlayıb. Belə ki, bu boşluqlar hakerlərə istifadəçilərə məxsus özəl məlumatların ələ keçirməyə imkan yaradır.

Cinayətkar qurbanın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir. Hazırda dünya üzrə “TikTok” istifadəçilərinin sayı bir milyardı ötüb. Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. Aşkar olunan boşluqlardan biri “TikTok”un SMS-imkanlarına təsir etməsidir. Məsələn, servis istifadəçilərə özlərinə tətbiqin yüklənməsi üçün keçidlə mesaj göndərməsi imkanı yaradır, cinayətkar isə bunu öz məqsədləri üçün istifadə edə biliər. Belə hücumun uğurlu olması üçün cinayətkar qurbanın telefon nömrəsini bilməlidir. Bu zaman hücum edən boşluqdan istifadə edəndə özünü ələ verməyəcək. Nəticədə cinayətkar mesajdakı keçidi ziyanverici link ilə əvəz edərək, onu redaktə edə bilər. Belə SMS alan qurban hücumdan şübhələnmədiyi üçün keçidə daxil olacaq, nəticədə qurğuya ziyanverici proqram quraşdırılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə saldı
Bu qida əlavələri infarkta səbəb olur
Bu Avropa ölkəsinə giriş qaydaları SƏRTLƏŞDİRİLİR: 8 ilə qədər...

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bakıda xadimə işlədiyi evi soydu