Sosial şəbəkədə çeçen qızları təhqir edən Rusiyanın Surqut şəhərinin sakini olan gəncin döyülməsi videosu yayılıb.
Bu barədə Ura.ru saytı informasiya verib.
Videodan görünür ki, çeçenistanlı olduğu ehtimal edilən şəxs yerə yıxılan gəncin üzünə ayağı ilə zərbələr endirərək, onu çeçen xalqını təhqir etməkdə günahlandırır.
“Sən yalnız bir çeçen qızı deyil, bütün xalqı təhqir etmisən”, - yerə uzanmış gənci döyən şəxs bildirir.
Faktla bağlı araşdırma başladılıb.
Oxu24.com
ŞƏRHLƏR