Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin 101 hərbçisi həlak olub.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, əməliyyatlar Suriya qüvvələrinin Türkiyə ordusunun mövqelərinə endirdiyi top atışlarına cavab olaraq təşkil edilib. Bildirilib ki, hücum zamanı Suriya ordusuna məxsus 115 hədəf yerlə bir edilib. O cümlədən 3 tank , 2 ağır texnika və 1 helikopter sıradan çıxıb. Əməliyyatlar davam edir.
Türkiyə mənbələrinin məlumatına görə, Ankara Suriya ilə sərhədə əlavə qüvvələr və zirehli texnikalar cəlb edir.
Qeyd edək ki, bu gün Suriya qüvvələrinin İdlibdə yerləşən Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində 5 hərbçi həlak olub, daha 5-i yaralanıb.
Oxu24.com
ŞƏRHLƏR