Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24192
az

Qola qırmızı sap bağlamaq nə məna daşıyır?

17:2508 Fevral, 2020
609
CƏMİYYƏT
  • A

Son zamanlar biz tez-tez adi insanlar və tanınmış, məşhur şəxslərin qollarında qırmızı rəngdə saplar görürük. Bu saplar nə məna daşıyır?

Oxu24com bildirir ki, Kabbalada (iudaizmdə mistik elm) qırmızı sap sahibini müxtəlif bəlalardan qoruyan güclü amulet sayılır.

İnsan bu sapı sol biləyinə bağlamalıdır. Belə hesab olunur ki, aura və bədənimizə neqativ, mənfi energi məhz sol əldən keçir.

Hindistanda qırmızı saplar məbədlərdə cavan subay qızların biləyinə bağlayırlar ki, qız tezliklə ərə getsin.

Slavyanlarda da biləyə qırmızı sapın bağlanması pis gözdən və nəzərdən qorunmaq üçün istifadə olunurdu. Həmçinin bu saplar xöşbəxtlik, maddi rifah və bol şans cəlb etmək üçün taxılırdı.

Qırmızı sap necə bağlanır?

Sap təmiz yundan olmalı və müqəddəs yerlərdən getirilməli və ya ən azından təzə olmalıdır (yəni köhnə yun paltarından yox). Həmçinin bu sapı insanın qoluna yalnız çox yaxın, onu sevən və ona yaxşılıq arzulayan şəxs bağlamalıdır. Sapı düz 7 dəfə düyünləmək lazımdır.

İlk dəfə qırmızı saplar Hollivud ulduzları və tanınmış müğənnilərin biləklərində görünməyə başlayıb və sonra bütün dünyada dəbə minib. Bu müğənnilərdən biri Madonnadır. Madonna müsahibələrdə etiraf edirdi ki, qırmızı sap ona harmoniya, əminlik, işlərdə uğur və şöhrət qazandırıb.

Belə hesab olunur ki, qırmızı sap yalnız o halda insana uğur və xöşbəxtlik gətirə bilər ki, insan özü dürüst olsun, heç kimə pislik etməsin və arzulamasın.

Təbii ki, buna inanan da, inanmayan da, buna qarşı çıxan da, şirk hesab edən də var. Lakin əgər bir qırmızı sap insanı ən azından pis əməllərdən çəkindirir, ona özünə inam bəxş edirsə, burada böyük qəbahət görməyək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...