Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2413
az

“Hell Azərbaycan”dan zəhərlənən turistlə bağlı AÇIQLAMA - YENİLƏNİB

20:4930 May, 2018
1017
KRİMİNAL
  • A
14:48

Xəbər verdiyimiz kimi Bakıya gələn turist Kərimi Əmir Abrus oğlu zəhərlənib. İlkin məlumata görə, o, "Hell" enerji içkisindən zəhərlənib.

Oxu24.com xəbər verir ki, "Hell Azərbaycan" şirkətinin nümayəndəsi Cavanşir Süleymanov "Qafqazinfo" ilə əlaqə saxlayaraq həmin şəxslə xəstəxanada görüşdüklərini bildirib. C.Süleymanov qeyd edib ki, həmçinin Səbail rayon Prokurorluğu ilə də əlaqə saxlayaraq məsələ ilə maraqlanıblar.

"Hell" nümayəndəsi qeyd edib ki, Ə.Kərimi enerji içkisindən deyil, araqdan zəhərlənıb: "O, "Hell" içəndən əvvəl "Metadon" dərmanı qəbul edib, buna görə də zəhərlənib".

Hazırda prokurorluqda araşdırma aparılır. Yekun nəticə ekspertizanın rəyindən sonra bəlli olacaq.

----------
14:25

Bakıya turist kimi gələn əcnəbi zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 30-u gecə saat 01 radələrində baş verib.
Paytaxtın Nizami küçəsi (Tarqovıy) 50 ünvanında yerləşən "Hostel"də qalan İran əsilli Almaniya vətəndaşı, 1980-cı il təvəllüdlü Kərimi Əmir Abrus oğlu həddən artıq "Hell" enerji içkisi içdiyi üçün zəhərlənib. O, Kliniki Tibii Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün hələ də dindirilməsi mümkün olmayıb.

Ə.Kərimi mayın 29-da Azərbaycana gəlib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ölkəyə 87 kq narkotik gətirən şəxs saxlanıldı - VİDEO