Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24124
az

SON DƏQİQƏ: Türk ordusu SEPAH-ın generalını, yüzlərlə əsgəri məhv etdi - FOTO

11:1107 Fevral, 2020
1214
SON DƏQİQƏ
  • A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İdlibdə əsgərlərimizə qarşı hücumlar Türkiyə mövqeyindən Suriyada yeni bir dövrün miladıdır” sözləri döyüş meydanına da əks olunub.

Publika.az xəbər verir ki, Astanda imzalanan “gərginliyi azaltma bölgəsi” razılaşmasını heçə sayaraq 2,5 ildə 2 mindən çox yaşayış məntəqəsini ələ keçirən, 60 min kilometrdən çox yeri öz ərazisinə qatan Bəşər Əsəd rejiminin qarşısını almaq üçün tədbirlər sürətləndirilib.

 

İdlibdə Rusiya və İran dəstəkli rejim ünsürləri ilə Türkiyə arasındakı qarşıdurmalar şiddətlənib. Sərakibdəki “Trenbe” müşahidə məntəqəsində 7 türk əsgəri və 1 hərbi işçinin şəhid edilməsindən sonra Türkiyə Silahlı Qüvvələri (TSQ) və müxaliflər ötən gündən etibarən hərbi gücünü nümayiş etdirməyə başlayıb. Bu çərçivədə “Ma’ar Hitat” müşahidə məntəqəsinin ətrafında Xan Şeyxuna gedən quru yolu bağlanıb.

 

SEPAH-ın komandanı öldürüldü

İnsidentlərin mərkəzi nöqtəsi Sərakib olub. Ağır rus bombardmançıları ilə bir neçə kiçik yaşayış bölgəsini ələ keçirən rejim bölgədə yeni qurulan 4 türk müşahidə məntəqəsini mühasirəyə alaraq “Mehmetçik”i təxliyəyə məcbur edib. Lakin TSQ geri addım atmayıb və hücumlara cavab verib. İdlib və Hələb sahili ilə Təl-Rıfatda hərəkətli olan rejim ünsürləri top atışları ilə səhərə qədər atəş altında saxlanılıb. Sərakibin şimal-şərqindəki Əl Duveyrdə rejimin tankları məhv edilib. Yerli qaynaqlar sadəcə burada 15 rejim əsgərinin öldüyünü bildirir. Təl-Rıfatda rejimin toplanış məkanı və əməliyyat otağı havaya uçurulub. Çox sayda ölü və yaralı var. Əl Nəyrab kəndində hücuma hazırlaşan onlarla iranlı və livanlı Hizbullah milisi olduqları yerdə zərərsizləşdirilib.

TSQ və müxaliflərdən ağır zərbələr alan rejim itkilərini gizlədir. Dəməşqə yaxın qaynaqlardan verilən məlumatda ölənlər arasında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-polkovnik Usamə Mahmud İbrahim, komandan Basil Həsən Yunusun olduğu bildirilir. Müxalif qaynaqlar isə İran və Əsəd qüvvələrinin son 1 ayda ən az 500 nəfər itki verdiyini deyir.

 

TSQ-dan strateji addım

Cəbhə xəttində döyüş davam edərkən Türkiyə Silahlı Qüvvələri daha bir strateji addım atıb. İdlibdən 17 km məsafədə yerləşən Taftanazda yerləşən hərbi hava limanı TSQ bazasına çevrilib. İdlibin şimalındakı Kəfərlusin sərhədindən Suriyaya girən çox sayda tank, top və zirehli avtomobillər bu bazada yerləşdirilib. Komando və xüsusi təyinatlılar bu bazada xidmətə başlayıb. Rejim buraya hücum etsə də, cavab atəşi ilə susdurulub.

 

Günün təklif  olunan  videosu:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən var
Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı