"Neftin qiyməti 40 dollardan aşağı enərsə, dollar böhranı və onun bahalaşması baş verə bilər”.
Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun yayılması səbəbindən dünya birjalarında neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda yeni dollar böhranının yaşanacağı ehtimalına toxunarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib.
Amma ekspert hesab edir ki, yaxın zamanlarda dolların ucuzlaşması inandırıcı deyil:
"Hazırda bilirsiniz ki, manatın dollara nisbətdə məzənnəsini Azərbaycan hökuməti inzibati qaydada müxtəlif metodlarla tənzimləyir. Ona görə də neftin qiymətinin 3-5 dollar enməsinin Azərbaycanda dollar böhranı yaşanmasına və dolların bahalaşma tendensiyasına hələlik elə bir təsiri yoxdur. Yalnız neftin qiyməti 40 dollar səviyyəsindən aşağı düşərsə ölkəmizdə dollar böhranı yaşana bilər. Yəni, Azərbaycanda böhran həddi neftin qiymətinin 40 dollardan aşağı düşməsidir. Hələlik isə neftin qiyməti həmin barajdan yüksəkdir. Hazırda neftin qiyməti 55-58 dollar arasında qalxıb enir ki, bu da gözlənilən idi. Beynəlxalq ekspertlərin rəyinə görə bu enmələr davamlı olmayacaq”.
Ekspert onu da vurğuladı ki, neftin davamlı olaraq ucuzlaşması prosesi yay ayları üçün proqnozlaşdırılır:
"Ekspertlərin əksəriyyətinin qənaətincə bu hal daha çox yay aylarında baş verəcək. Düzdür, burda da yekdil fikir yoxdur. Ona görə də Azərbaycanda neftin ucuzlaşması səbəbilə dolların bahalaşması və dollar böhranının yaşanması qarşıdakı aylarda gözlənilmir”.
Oxu24.com
ŞƏRHLƏR