Bakıda illər öncə baş vermiş dəhşətli qətlin üstü açılıb.
Oxu24.com xəbər verir ki, Nizami rayonunda,Əhmədli qəsəbəsində evdən çarpayının altından 2 qadın və 1 kişi meyitinin tapılması ilə bağlı şok təfərrüat məlum olub.
İstintaq araşdırması zamanı məlum olub ki, evdən meyiti tapılan şəxlsər Xətai rayon sakini Emin Ağayev,Xaçmaz rayon sakini Validə Əbdülkərimova və Ağstafa rayon sakini Ülviyyə Nəsirovadır.Meyitlər uzun müddət çarpayının altında qaldığından onlar çürüyüb və ətrafa pis qoxu yayılıb.
Kriminal verilişində qətlin şok təfərrüatı açıqlanıb.
Qətli törədən şəxsin ələ keçirilməsində mənzildən tapılan siqaret qutusu və siqaret kötükləri kömək edib. Məlum olub ki, qətli idmançı Yevlax rayon sakini Elnur Həsənovun törətdiyi məlum olub. O ,qətli Bəhruz İbadov adlı şəxslə birlikdə etdiyini istintaqa açıqlayıb.
Onlar istintaqa verdikləri ifadədə qızları Neftçilər metrosu yaxınlığından bardan intim münasibət üçün evə gətirdiklərini bildiriblər. Onlar qızlara 40 dollar veriblər və intim münasibətdə olublar. Həmin gecə Emin Ağayev də onların evində olub. Aralarında yaranmış mübahisə zamanı Bəhruz Ağayevi Emini öldürərək çarpayının altında gizlədib.Daha sonra bara gedərək oradan qız gətiriblər. Qızlardan biri çarpayının altında meyit gördükdən sonra qışqırmağa başlayıb. Bunu görən dostlar bardan gətirdikləri qızları da öldürərək çarpayının altında gizlədib.
Hadisə ilə bağlı 18+ videonu və təfərrüatı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR