Böyük Britaniyada yeni qeyri-adi formada xidmət təqdim edən təmizlik şirkəti fəaliyyətə başlayıb.
Sondakika.com-un xəbərinə görə, “Naked Clearning Company” (çılpaq təmizlik şirkəti) adlı şirkətin qurucusu 33 yaşlı Nikki Beltondur.
O və işçiləri evlərə təmizliyə ya çılpaq, ya da yarıçılpaq vəziyyətdə (alt paltarında) gedirlər.
Belton indiyə kimi minlərlə insana xidmət göstərmələrinə baxmayaraq, hələ də insanların belə bir xidmətin mövcudluğuna şübhə ilə yanaşdıqlarını deyib.
“25 yaşdan yuxarı, peşəkar təmizlik işində təcrübəsi olan insanları işə götürürük. Bədən quruluşu önəmli deyil”, - deyə o məqsədinin cinsi mənada deyil, təbii cəhətdən kişi və qadın bədəninin qiymətləndirilməsi olduğunu bildirib.
Oxu24.com
ŞƏRHLƏR