Şamaxı Rayon Məhkəməsində Avropa çempionunu öldürməkdə təqsirləndirilən Orxan Hacıyev barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
APA-nın məlumatına görə, keçirilən prosesdə O.Hacıyev barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhkəmədə O.Hacıyev törətdiyi əməli etiraf edib.
Xatırladaq ki, hadisə fevralın 1-də gecə saatlarında şəhərin "Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.
Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü O.Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış R.Surxayev orada ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, O. Hacıyev şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, O.Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixində Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub.
Orxan Şamaxıda idman müəllimi işləyir. Ölən R.Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.
Oxu24.com
ŞƏRHLƏR