Çinin Uhan şəhərindən xüsusi təyyarə və tibbi heyətlə birgə təxliyə olunaraq Türkiyəyə gətirilən 42 nəfər artıq xəstəxanaya yerləşdirilib.
APA-nın yerli bürosu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qocanın keçirdiyi son mətbuat konfransında verdiyi məlumatlara istinadla xəbər verir ki, Çindən təxliyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdirilib.
Həmçinin karantində saxlanılacaq Azərbaycan vətəndaşları üçün də ayrı otaqlar hazırlanıb.
Karantində saxlanılan şəxslər 14 gün ərzində hər 3 gündən bir təkrar müayinədən keçirləcək.
Qeyd edək ki, Türkiyəyə gətirilən Azərbaycan vətəndaşları xüsusi təcili tibbi yardım avtomobilləri ilə hava limanından birbaşa Ankara Şəhər Xəstəxanasına aparılıb.
Oxu24.com
ŞƏRHLƏR