Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23776
az

“Qorotdel”dən Ənvər Cəlilovun saxlanması ilə bağlı açıqlama

13:4501 Fevral, 2020
903
SON DƏQİQƏ
  • A

“Özünü Həqiqət Sosialist Hərəkatının üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb”. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən  oxu24.com-a  verilən məlumata görə, Ə.Cəlilovun yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub. 

Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqazidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub. Onun əməllərində inzibati xətanın tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.

İlkin məlumata görə, Ənvər Cəlilov parlament seçkilərini boykot etməklə bağlı posterlər yapışdırarkən saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən var
Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı