Londonda dünyanın ilk tematik "Pendir oteli" açılıb. Otaqlardakı divarlar sarı rəngdədir, yataq dəstləri, yastıqlar da daxil olmaqla bütün dekor və interyer əşyaları pendir şəklində hazırlanıb. Gülməli səslənsədə, hətta vanna otağındakı sabundan belə, pendir iyi gəlir.
Oxu24.com elle.ru-ya istinadən verdiyi xəbərə görə, "Café Rouge" restoranı nəzdində açılan otel 29 yanvar - 6 fevral tarixində, "test rejimi"ndə istifadəyə verilib.
Burada "pendir"ə aid müxtəlif yemək kitabları, əyləncəli masa oyunları müştərilərin xidmətindədir. Menüya pendirdən hazırlanan hər cür yemək daxildir.
Oxu24.com
ŞƏRHLƏR