Bütün dünyanın diqqət mərkəzində olan Çin Xaıq Demokratik Respublikası barədə inanılmaz gerçəklər mövcuddur.
Oxu24.com Çin haqqında maraqlı məlumatları təqdim edir:
Çinin müasir ingilis adı “China” yəqin ki, Tsin imperator sülaləsinin adından əmələ gəlib. Bu sülalənin hökmranlığı vaxtında ölkə vahid şəkildə idi.
Ölkəni birləşdirən Şi Xuan-di imperatoru (b. e. ə. 260-210-cu illər) olmuşdur.
1912-ci ilə qədər ölkə vahidliyini qoruyub saxlaya bilmişdi.
Çini dünyanın ən qədim sivilizasiyalarından biri adlandırırlar.
Çin dili bugünkü günə qədər istifadə olunan ən qədim dillərdən biridir.
Rusiya, Kanada və ABŞ-dan sonra Çin tutduğu əraziyə görə dördüncü yeri tutur.
Çin sıx məskunlaşmış əhalisi olan ölkələrdən biridir.
Dünyada hər beşinci insan çinlilərdir.
Çini həmçinin “Gül krallığı” da adlandırırlar.
Tualet kağızı ilk dəfə 1300-cü ildə Çində icad olunmuşdu.
Həmçinin Çin novatorları kompas, kağız, barıt və möhür icad etmişdilər.
3000 il bundan əvvəl çin çərpələngləri icad olunmuşdul. İlkin olaraq onları əyləncə məqsədləri ilə deyil, hərbidə də istifadə edirdilər. Rəqibi qorxutmaq üçün müharibə zamanı çərpələngi havaya buraxırdılar.
Marko Polo (1254-1324) öz qeydlərində yazırdı ki, çərpələng vasitəsi ilə çinlilər gəmi ilə səfərlərinin necə keçəcəyini proqnoz edirdilər.
Bir çox tarixçilər futbolun vətəninin Çin olduğunu iddia edirlər.
Çin xalqının ən sevimli məşğuliyyəti markaları kolleksiya etməkdir.
İki-üç milyon il ərzində Çinin ərazisində nəhəng pandalar yaşayırlar. İlk Çin imperatorları pis ruhları qovmaq üçün saraylarında pandalar saxlayırdılar.
Avropa ölkələrindən fərqli olaraq Çində matəm rəngi qara deyil, ağdır.
Tarixçilər iddia edirlər ki, əhalinin sayı artmağa davam etdikdə çinlilər yeməkləri “sağlam” mühitdə bişirmək haqqında fikirləşməyə başlayırlar. Elə buradan Çin mətbəxinin “adəti” öz başlanğıcını götürür. Onlar qidaları balaca hissələrə doğrayırlar.
B. e. ə. 130-cu ildə Çjan Xen, Çin astronomu və ədəbiyyatşünas, zəlzələlərin monitorinqi üçün ilk cihaz icad edir.
Çin dondurmanın vətənidir. Avropaya “soyuq” desertin resepti Marko Polonun sayəsində gəlmişdi. İlk dondurmaları südün və qarın qarışığından düzəldirdilər.
Su Sonq adlı dövlət xadimi ilk mexaniki saatların ixtiraçısı olmuşdur.
Çin astronavtı ilk dəfə kosmosda 2008-ci ilin 27 sentyabrında olmuşdu.
Müxtəlif dövrlərdə Çinin paytaxtını müxtəlif şəkildə adlandırırdılar: Yantszin, Dadu və Beypin.
Bugünkü gündə Çinin paytaxtı Pekin adlanır.
Çində uzun dırnaqlar alicənablığın və yüksək statusun rəmzi kimi başa düşülürdü. Kişilər və qadınlar dırnaqlarını uzadırdılar.
Oxu24.com
ŞƏRHLƏR