Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23283
az

Sorosun 1 milyardlıq ŞOK PLANI: dünya qarışacaq, Tramp 10 aydan sonra devriləcək və…

15:5524 Yanvar, 2020
667
DÜNYA
  • A

Dünyada “inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Soros Davosda çıxışı zamanı yeni inqilabların anonsunu verib.

 

Oxu24.com  xəbər verir ki, Soros bəşəriyyətin seçim nöqtəsində olduğunu, baş verənlərin ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin, eyni zamanda, bütün dünyanın taleyini həll edəcəyini bildirib.

“Vətəndaş cəmiyyətinin mövcudluğuna təhlükənin yarandığı bir dövrdə yaşayırıq. “Açıq Cəmiyyət İnstitutu” layihəsi həyatımın ən önəmli işidir. Bunun bütün dünyadakı universitetlərin qatılacağı və araşdırma aparmaq üçün beynəlxalq platforma olacağını planlaşdırırıq. Mən yaşadığım müddətdə bu layihənin reallaşmasını görmək istəyirəm. Bu layihəyə 1 milyard dollar əlavə pul ayırırıq. Lakin təkbaşına qlobal bir şəbəkə qura bilmərik. Dünyanın hər yerində ortaqlara və dəstəkçilərə ehtiyacımız var. Təəssüf ki, bu gün dünya Çin, Rusiya və ABŞ kimi ölkələrin liderlərinin əlindədir”, – Soros bildirib.

Onun sözlərinə görə, Donald Tramp “hiyləgər, saxtakar, narsist və iqlim düşmənidir”: “Hazırda ABŞ-ın iqtisadi göstəriciləri Trampın yenidən prezident seçilməsini təmin edə bilər. Tramp canlı olan iqtisadiyyatı aşırı dərəcədə alovlandırıb. Alovlanmış bir iqtisadiyyatı qaynama nöqtəsində uzun müddət tutmaq mümkün deyil. ABŞ-də növbəti prezident seçkilərinə 10 ay qalıb. Hazırkı iqtisadi göstəricilər seçkilərə az müddət qalanda olsaydı, Tramp seçkini asanlıqla uda biləcəkdi. Lakin onun problemi 10 ay müddətin qalmasıdır. 10 ay, inqilabçı gözü ilə baxanda bu bir ömür qədər uzundur”.

Sorosun bununla Trampa “səni devirəcəm” mesajı verdiyi haqda fikirlər irəli sürülür. O cümlədən, “Açıq Cəmiyyət İnstitutu” layihəsinə əlavə 1 milyard dolların ayrılması da bu plana qarşı çıxan bütün ölkələrdə yeni inqilablara start vermək planlarından xəbər verir.

Çin liderini də ittiham edən “inqilabların atası” Si Cinpinin yeni insan növü yaratmaq istədiyini iddia edib.Publika.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Şimali Koreya ilə Strateji Tərəfdaşlıq Müqaviləsilə bağlı fərman imzalayıb
KİV: Aİ müdafiəni beşillik gündəmdə ön plana çıxaracaq
İrəvanın Qələbə parkında Rusiyanın bayrağını cırıblar

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu