Rəsmilər dünyanı silkələyən koronovirus epidemiyası ilə bağlı həyəcan təbili çalır.
Oxu24.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülər vəziyyətin ciddiliyini gözlər önünə sərir.
Virusun müşahidə olunduğu Çinin Uhan şəhərində insanlar qəflətən huşunu itirərək yerə yıxılır.
Yerdə hərəkətsiz qalmış insanları təcili tibbi yardım maşını dərhal ərazidən götürüb aparır.
Şəhərdə hər kəs qoruyucu geyimlər və maskalardan istifadə edir. Şəhər sakinləri isə mağazalardan evlərinə ərzaq daşıyır.
Şəhərdə fövqəladə vəziyyət yaranıb.
Xatırladaq ki, yeni virus əsasən Uhan şəhərində yayılıb. Onun əlamətləri yüksək hərarət və öskürəkdir. (bakuvs)
Oxu24.com
ŞƏRHLƏR