Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23035
az

SON DƏQİQƏ! Polis 4 rayonda əməliyyat keçirib, tutulanlar var

12:3221 Yanvar, 2020
537
KRİMİNAL
  • A

Abşeron, Gədəbəy və Salyan rayon sakinlərində narkotik vasitə aşkarlanıb.

Bu barədə  Oxu24.com- a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini M.Nəsirov və Gədəbəy rayon sakini A.Nəbiyev şəhər ərazisində saxlanılıblar. 

Şəxsi axtarış zamanı M.Nəsirovdan 37 qram heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı əlavə 1 kiloqram 75 qram metamfetamin və 555 qram heroin də aşkar edilərək götürülüb.

Bundan başqa, Salyan RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xurşud kənd sakini V.Mirzəyev saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 425 qram marixuana götürülüb.

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Məmmədov saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisindəki evindən 101 qrama yaxın heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Həmçinin, Yevlax RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ocayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 425 qram marixuana aşkar edilərək götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı
Ali Məhkəmənin adından istifadə edərək dələduzluq edən şəxslərə cinayət işi açıldı
Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı