Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22998
az

Polis iki rayonda əməliyyat keçirdi: Həbs olunanlar var

13:3720 Yanvar, 2020
760
KRİMİNAL
  • A

Masallı rayon polis şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Demokrat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Məhərrəməli Məmmədov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən 3 bükümdə psixatrop maddə olan metamfetamin, ona məxsus avtomobildən 12 bükümdə ümumi çəkisi 17,76 qram metamfetamin, 2 ədəd metadon tərkibli dərman preparatı, 1 ədəd bükümdə çəkisi 145 qram narkotik vasitə tiryək və 1 ədəd xəncər aşkarlanaraq götürülüb.


Bundan başqa, Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayonu Seyidimli kənd sakini Zöhrəddin Vəliyevdən 1 ədəd " İJ-16" markalı müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suraxanıda 35 yaşlı kişi evində döyüldü
Azərbaycanda HOTELDƏ ÖLÜM
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı