Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22951
az

Bakıda “Nazlı” ləqəbli narkotacir tutuldu - VİDEO

17:3618 Yanvar, 2020
755
KRİMİNAL
  • A

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Oxu24.com APA TV24-yə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində “Nazlı” kimi tanıdığı narkotacirdən alıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin şəxs – əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayevə da tutulub. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.Rzayeva narkoik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Sabunçu RPİ əməkdaşları tərəfindən narkotiklərə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bakı şəhər sakini Ziya Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobildə külli miqdarda narkotik vasitələr daşıması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat zamanı Z.Ağayev sükan arxasında olan zaman ona polislər tərəfindən saxla işarəsi verilib. Amma o, polisin tələbinə məhəl qoymayaraq qaçmağa cəhd göstərib.

Sabunçu RPİ-nin əməkdaşlarının çevikliyi sayəsində Z.Ağayev saxlanılıb və onun idarə etdiyi avtomobilə baxış zamanı 3 kiloqram 110,562 qram qurudulmuş marixuana və 1 kiloqram 0,70 qram heroin aşkar edilərək götürülüb. Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suraxanıda 35 yaşlı kişi evində döyüldü
Azərbaycanda HOTELDƏ ÖLÜM
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı