Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22927
az

Bu əsginazlar dövriyyədən çıxır: kimdə varsa, dəyişsin

01:0418 Yanvar, 2020
1218
REDAKTORUN SEÇİMİ
  • A

Avrozonada  fevfralın 26-dan etibarən 500 avroluq əsginazlar tədavüldən çıxarılacaq.

Musavat.com-un məlumatına görə, Avropa Birliyinə daxil olan 17 ölkə belə qərar qəbul edib. Almaniya və Avstriyada isə bu pul vahidi aprelin 26-na qədər qədər dövriyyədə olacaq.

2016-cı ildə Avropa Mərkəzi Bankı 2018-ci ilin sonuna doğru ən böyük avro banknotunun çapını dayandırmağa qərar vermişdi. Bənövşəyi rəngli əsginazlarla vidalaşmağa o qədər də çox vaxt qalmayıb.

Araşdırmaçılar ümid edir ki, 500 avronun ləğvi Avropada oğurluq pulların yuyulması və terrorun maliyyələşdirilməsi kimi halların qarşısına sədd çəkəcək.

O da maraqlıdır ki, Avropa Birliyi, ümumiyyətlə, nağd puldan imtina etmək haqqında planlar çızır. Kontaksız ödənişin üstünlükləri vurğulanır. Kartla ödənişin tətbiqi bütün dünyada pulu əvəz etməkdədir.

Hazırda Çində sakit inqilab gedir. Məqsəd nağd pulun ləğvinə hesablanıb. Daha çox mağazada "Nağd pul almırıq" qeydləri gözə dəyir. Supermarket, otel və ya yanacaqdoldurma məntəqələri mobil ödəniş xidmətləri üzərindən smartfonlar vasitəsilə ödəmələrə keçib.

Artıq dünyanın inkişaf etmiş ölkələrində iri mağazalarda kassa sistemi aradan qaldırılmaqdadır. Məsələn, İsveçdə ödənişlərin 80 faizi kartladır. "Money, Money, Money" mahnısı ilə məşhur olan ABBA vokal qrupunun muzeyində belə ödəniş kartla olur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası necə olacaq?
Məşhur müğənni məhkəməyə verilir: Oğurluq iddiası
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı:İyulun 3-ü axşamadək...

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video