Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22697
az

Dövlət Agentliyindən "TikTok"la bağlı əhaliyə VACİB XƏBƏR - DİQQƏTLİ OLUN!

12:2814 Yanvar, 2020
767
MARAQLI
  • A

"TikTok" son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlər ondan da yan keçməyib.

Oxu24.com   Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə istinadən məlumat verir ki, "Check Point" şirkətinin mütəxəssisləri tətbiqdə çoxsaylı boşluqlar aşkar edib.

Tədqiqatçıların sözlərinə görə cinayətkar qurbanın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.
Xatırladaq ki, "TikTok" istifadəçilərinin sayı bütün dünyada milyardı keçir – tətbiq məhz milyard dəfə "Android" və "iPhone" cihazlarına yüklənilib.

Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. "Check Point" komandası hal-hazırda boşluqların real hücumlarda istifadə olunub-olunmadığından əmin deyil, lakin ekspertlər "TikTok" tərtibatçıları ilə birlikdə təhlükəsizlik problemlərinin aradan qaldırılması üzərində çalışır.

Aşkar olunan boşluqlardan biri "TikTok"un SMS-imkanlarına təsir edir. Məsələn, servis istifadəçilərə özlərinə tətbiqin yüklənməsi üçün keçidlə mesaj göndərməsi üçün imkan yaradır, cinayətkar isə bunu öz məqsədləri üçün istifadə edə bilər. Belə hücumun uğurlu olması üçün cinayətkar qurbanın telefon nömrəsini bilməlidir. Bu zaman hücum edən boşluqdan istifadə edəndə özünü ələ verməyəcək.

Nəticədə cinayətkar mesajdakı keçidi ziyanverici URL ilə əvəz edərək, onu redaktə edə bilər. Belə SMS alan qurban hücumdan şübhələnmədiyi üçün keçidə daxil olacaq, nəticədə qurğuya ziyanverici proqram quraşdırılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

6 yaşlı qız yeganə qəribə genlə doğulub
Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü