ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Naziri Stiven Mnuçin və Dövlət katibi Mayk Pompeo açıqlama verib. Diplomat bildirib ki, İranın sərt davranışları davam etdikcə sanksiyalar davam edəcək. İranda Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin raketlə vurulduğunu deyən diplomat, hadisə barədə araşdırmaların davam etdiyini bildirib. ABŞ səfirliklərinə hücum olacağına dair kəşfiyyat məlumatları almışdıq deyən Pompeo, iranlı general Qasım Süleymaninin öldürülməsinin doğru addım olduğunu bildirib.
Stiven Mnuçin isə sanksiyaların detallarını açıqlayıb. Onun sözlərinə görə, qadağalar İranın istehsal sənayesini o cümlədən mədən və tikiş sahəsini əhatə edir.
“İranla enerji sahəsində əməkdaşlıq edən şirkətlər sanksiyaya məruz qalacaq. Tehranın alüminiüm və dəmir sektoru ilə bağlı 17 şirkətinə və İranın 8 yüksək rütbəli məmuruna qadağa tətbiq etdik” - deyə Mnuçin bəyan edib.
Oxu24.com
ŞƏRHLƏR