Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22517
az

Oqtay Gülalıyev yenidən əməliyyat olunub

21:1210 Yanvar, 2020
732
CƏMİYYƏT
  • A


Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Əli Gülalıyev məlumat verib.

"Əməliyyat təxminən üç saatdan çox çəkdi. Həkim Mehdi Sasaninin bildirdiyinə görə, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”, - o deyib.

Qeyd edək ki,İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gulalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə Oqtay Gülalıyev əməliyyat olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarpızı xarab olmamaq üçün belə saxlayın

Uşaqlarda internet asılılığı hansı təhlükəli nəticələrə səbəb olur?
“İqlim dəyişikliyi sərhəd tanımır"

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Qətl qız üstündə olubmuş