Krım sakini yuxuya görə dayısını bıçaqlayıb.
REN.TV-nin xəbərinə görə, 24 yaşlı qız yuxuda ölmüş atasını görüb və onun “məsləhəti” ilə dayısını bıçaqla öldürmək istəyib.
Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, hadisəni törədən qızın psixi problemləri olub.
Onun bir neçə bıçaq zərbəsi ilə yaraladığı dayısının vəziyyəti barədə məlumat verilmir.
Hadisəni törətdiyini etiraf edən qız xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət içi açılıb.
Oxu24.com
ŞƏRHLƏR