Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22427
az

Nazir Rəşadət Babayevi işdən çıxardı - Yeni təyinat

21:0609 Yanvar, 2020
894
CƏMİYYƏT
  • A

Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.

BakuPost-un əldə etdiyi məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.


Qeyd edək ki, dünən BakuPost-da dərc edilən "BDYP-də “qara bloknot” əməliyyatı" yazısında Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayevin də adı keçirdi.
Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl nazir Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi məlum olub. İdarə rəisi və Alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən firma maşınları ilə bağlı “əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.

Yoxlama aparan şəxslər müəyyən ediblər ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Və bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin “qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub. Bildirilir ki, A.Axundov mülki şəxs olsa da, hər hansı avtomobilin saxlanılması, cərimə meydançasına aparılması üçün polislərə əmr vermək səlahiyyətinə sahib olub. Onun verdiyi göstərişlər qanunsuz olsa belə, yol polisləri tərəfindən qeyd-şərtsiz həyata keçirilirmiş.

O, hətta kameralara nəzarət edən aparaturanı özünün şəxsi avtomobilində ( 90 EE 085 nömrə nişanlı ) gəzdirmək, ödənişləri vaxtında verilməyən firma maşınlarının “ovlanmasında” da iştirak etmək kimi böyük səlahiyyətlərə malik olub.

Qeyd olunan bu faktlar toplanaraq Daxili Təhqiqat İdarəsinə təhvil verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…
Gədəbəyə dolu düşdü: bir sıra fəsadlar yaratdı
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu -FOTOLAR

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM