Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22128
az

Bakıda məhkəmə icra hakimiyyətinin əleyhinə qərar çıxardı — Yaş paltarda küçə tamaşalarına icazə verildi

19:2306 Yanvar, 2020
1063
HÜQUQ
  • A

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiasını təmin edib.

Oxu24.com   oxu.az-a istinadən xəbər verir ki, bu sözləri ADO teatrının rəhbəri Elmin Bədəlov bildirib. 

Teatr rəhbəri məhkəmənin çıxardığı qərarı çox qiymətləndirdiyini qeyd edib:

“Bu, tarixi qərar idi. Həm də bir nümunədir. Çünki küçədə tamaşa göstərməklə bağlı qanunun sıxışdırılması və boşluqdan istifadədən dolayı iki ildən çox idi ki, bu məsələ həllini tapa bilmirdi. Artıq nəinki biz, istənilən incəsənət nümayəndəsi ölkəmizin küçələrində çıxış etmək üçün sıxışdırılsa, bu qərara istinad edə biləcək.

Bu proses uzun çəkdi. Proses zamanı bizi dəstəkləyən insanlara, tamaşaçılarımıza, mövzunu hər zaman diqqətdə saxlayan jurnalistlərə, hüquqşünasımız Samira R. Ağayevaya, bir sözlə, hər kəsə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu qərardan sonra küçə tamaşaları ilə bağlı əngəllər aradan qalxacaq. 2020-ci ildə küçədə sizinlə görüşmək ümidi ilə...”
Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) rəhbəri Elmin Bədəlov Bakı şəhər İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmışdı.

O, teatrın rəhbəri olaraq, 2017-ci ildən etibarən Bakı Şəhər İcra Hakimiyyətinə (o cümlədən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə) rəsmi müraciətlər göndərmişdi. Müraciətlər Bakı küçələrində qısa tamaşalarla çıxış etmələri ilə bağlı idi.

Müraciətlərə cavab olaraq teatra küçə tamaşaları ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etməsi tövsiyə olunurdu. Bədəlov Nazirliyə müraciətlər göndərsə də, nazirlik icazə almaq üçün teatrı yenə də Bakı Şəhər İcra Hakimiyyətinə göndərmişdi. İki ildən çox idi ki, bu məsələ həll olunmamışdı.

Onu da bildirək ki, teatrla icra hakimiyyəti arasında ilk qalmaqal “Hamam” küçə tamaşasına görə yaranmışdı. Belə ki, aktrisanın üstünə su tökməsindən sonra alt paltarının görünməsi bu qadağanın ortaya çıxmasına rəvac vermişdi. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ