İranda yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb.
Oxu24.com xəbər verir ki, "qafqazinfo"nun məlumatına görə, hadisə Ərdəbil şəhərində qeydə alınıb.
Ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri olan ər-arvad - 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.
Digər iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.
Oxu24.com
ŞƏRHLƏR