Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22102
az

Neftin qiyməti sürətlə bahalaşır: Rekord qeydə alındı

12:1206 Yanvar, 2020
552
İQTİSADİYYAT
  • A

İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) "Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsindən sonra yaranan siyasi gərginlik dünya bazarlarında neftin qiymətinin sürətlə bahalaşmasına səbəb olub.

Oxu24.com  xəbər verir ki, dünya birjalarında bu gün "Brent” markalı xam neft daha 2,4% bahalaşıb və 70,24 dollar/barelə çatıb. Bu son 6 ayda ən yüksək göstərici hesab edilir. 
 

ABŞ-ın WTI markalı xam neftinin qiymətində də artım var. Son olaraq WTI-ın qiyməti 2,1% yüksəlib və 64,36 dollar/barel təşkil edib.

Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin yanvarın 3-də Bağdad hava limanına endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) "Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani və İraqdakı şiə milislərinin - "Haşdi Şabi"nin komandan köməkçisi Əbu Mehdi əl-Mühendis də daxil olmaqla 10 nəfər həlak olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sosial yardım nə qədər artırılacaq?- RƏQƏMLƏR
Qaz limiti artırılır? -Tarif Şurasından AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.04.2024)

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı