ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yaxınlığında yerləşən evə raket mərmisi düşüb.
“Report”un məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı bildirib.
"Al Jazeera" isə xəbər verib ki, Bağdadın mərkəzində, hökumət binalarının və ABŞ səfirliyinin olduğu "Yaşıl zona" minaatanlardan atəşə tutulub. Hədəf kimi ABŞ-ın Bağdaddakı səfirliyi seçilib.
Məlumata görə, hadisə nəticəsində dinc sakinlər xəsarət alıblar.
Oxu24.com
ŞƏRHLƏR