Keniyanın Lamu bölgəsinldəki "Manda" uçuş-enmə zolağına terrorçuların hücumu olub. Bir neçə qrup keniyalı hərbçilərlə atışmaya başlayıb. Terrorçuların məqsədi uçuş-enmə zolağını ələ keçirmək, sonra isə beynəlxalq kontingentin, o cümlədən ABŞ Hərbi-Hava Qüvvələrinin istifadə etdiyi "Camp Simba" bazasına girmək idi.
OXU24.COM bildirir ki, hücumdan əvvəl terroçular bazanın elektrik təminatını pozublar.
Hücum zamanı terrorçular yanacaq anbarını yandırıblar, ABŞ HHQ-nin iki təyyarəsini və iki helikopterini yandırıblar. ABŞ hərbçilərinin dediklərinə görə, bu aviavasitələrin üçü istifadə üçün yararsızdı.
Keniya Müdafiə Nazirliyinin yaydığı məlumatğa görə, baza müdafiə olunub, 4 terrorçu məhv edilib.
Hücumu gerçəkləşdirən "Əş Şəbab" terror qruplaşmasının yaydığı bəyanatda isə vurtulanır ki, bazaya "elitar dəstə" yönəlibmiş.
Günün təklif olunan vieosu: İranın hərbi gücü
Oxu24.com
ŞƏRHLƏR