Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22003
az

Dünyanı şoka salan hadisənin GİZLİ DETALLARI açılır - Tramp Süleymanini niyə öldürtdü?

06:5505 Yanvar, 2020
1017
DÜNYA
  • A
“Ağ Ev sahibi Donald Trampın iranlı generalı neytrallaşdırması qərarının Amerikadakı daxili siyasətlə də bağlılığı var”. Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu açıqlayıb. O, məsələyə belə şərh verib: “Demokratlar Partiyasının üzvləri Nümayəndələr Palatasında Trampa qarşı impiçment prosedurunun başlanmasına səs vermişdilər. Ancaq bu qərar Senata göndərilmədi. Çünki Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan spikeri Nensi Pelosi Senatda respublikaçı çoxluğun impiçmenti təsdiq etməyəcəyini anladığından qərarı onlara göndərməyi yubadır. Bu isə Tramp üçün qəbuledilməzdir, çünki məsələnin prezidentin xeyrinə nöqtə qoyulmasını ləngidir. Bu vəziyyətdə Tramp İrana zərbə vurur və hamı böyük müharibədən danışır. Bununla Tramp demokratlara da mesaj göndərir ki, “mən Amerikanın düşmənləri ilə mübarizə apararkən, Siz müharibə aparan dövlətin başçısının ayağının altını qazırsınz”. Amerikalıların əksəriyyəti prezidentlərini dəstəkləyəcəklər. Tramp Amerikada gündəmi dəyişməyə müvəffəq oldu. Amerikanın aparıcı televiziya kanalları artıq impiçmentdən yox, Amerika-İran qarşıdurmasından danışır və gələcək aylar üçün bu mövzu gündəmdən düşməyəcək. Trampa da elə bu lazım idi”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinə Olimpiya oyunlarında atəşkəslə bağlı müraciət edildi
Berlin İsraili silahlandırmaqda davam edəcək
Ukraynanın dövlət borcu iyunda daha 1 milyard dollar artıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ