Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2192
az

Bakıda dəhşətli olay: İnsanların gözü qarşısında arvadının üstünə benzin töküb yandırdı

15:5625 May, 2018
945
KRİMİNAL
  • A
 Bu dəqiqələrdə Bakı şəhərində dəhşətli hadisə baş verib. Ər öz həyat yoldaşını qətlə yetirməyə cəhd edib.

Oxu24.com  bildirir ki, Cebhe.info əməkdaşının verdiyi məlumata görə, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 40 ünvanında, " 1 manat shop” mağazasında baş verib. Belə ki, orta yaşlı kişi həyat yoldaşının üzərinə neft tökərək onu yandırıb.

Ətraf dükanlardan və küçədəki sakinlərdən qadına kömək edilsə də, o, ciddi yanıq xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və qadın xəstəxanaya aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, qadın təcili tibbi yardım maşınına qoyulanda huşu özündə olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Onu da bildirək ki, hadisə baş verən ərazidə yerləşən bütün mağazalar müvəqqəti olaraq bağlanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO