Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21863
az

Azərbaycan əhalisinə XƏBƏRDARLIQ EDILIB

19:5002 Yanvar, 2020
414
SON DƏQİQƏ
  • A
Bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin saniyədə 15-18 metrdən arabir 20-23 m/s-dək güclənəcəyi, cişkin olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva Publika.az-a bildirib ki, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək arabir yağış yağacağı gözlənilir. "Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, yanvarın 2-si axşamdan yanvarın 5-i gündüzədək hava şəratinin qeyri-sabit kecəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 2-də və 3-də gündüz qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var", - deyə o bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 29-u iş olmayacaq
Uşaqlarla bağlı bu qanunda       dəyişiklik       edilir
Rubl bahalaşdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi