Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21762
az

"İcra başçısı sakinlərin vəsiqələrini yığır"

16:3530 Dekabr, 2019
659
SİYASƏT
  • A
Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ilə bağlı şok ittihamlar səsləndirib. Bizimyol.info xəbər verir ki, N.Canbaxışlı bildirib ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin və icra başçısının birinci müavini Rəhman Feyzullayevin göstərişi ilə bütün kənd və qəsəblərdə əhalinin şəxsiyyət vəsiqələri toplanıb: “İcra nümayəndələri Jalə Əliyevadan başqa digər namizədliyini irəli sürən şəxslərə imza verilməməsi üçün əhaliyə təzyiq edirlər. Bunu da şəxsiyyət vəsiqələrini almaqla həyata keçirirlər”. Qeyd: 92 saylı Zərdab-Ucar seçki dairəsinin deputatı Jalə Əliyeva bitərəfdir, parlamentin Mədəniyyət komitəsinin sədr müavinidir. Hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Əhmədov Urfan Nizaməddin oğlunun namizədliyini irəli sürüb. Baş redaktorun dediklərini nəzərə alsaq, qeyd etməliyik ki, icra başçısı təzyiq üsulu ilə bitərəf deputatı dəstəkləməsi YAP-a qarşı addımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan bunu Ərdoğanı razı salmaq üçün etdi?
Paşinyan onu işdən çıxartdı
Çimərliyə hansı saatlarda getmək məsləhətdir?

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...