Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21687
az

Röya: Faiq məni “qara siyahıya” atıb - VİDEO

01:5629 Dekabr, 2019
704
ŞOU-BİZNES
  • A

Mənim heç kimlə problemim yoxdur. Anlaşılmazlıqlar baş verir. Biz bir-birimizə qarşı deyilən sözləri düzgün qəbul etməyə bilərik. Başlıqlarda yazırdılar ki, “barışmaq istəyir”, bu belə deyil. Bunu kimlər yazdısa, onlara demək istəyirəm ki, istədiyim şeyi hər zaman edirəm.

Bu sözləri Xalq artisti Röya Ayxan Xəzər TV-də yayımlanan “X maqazin” verilişində deyib.

Bir neçə gün öncə sənətçinin avtomobilində Xalq artisti Faiq Ağayevin “Uşaq kimi” mahnısını dinləməsi və bərabər oxuması müzakirələrə yol açdı. Aylar öncə tərəflər arasında qalmaqal yaşanması, Röyanın bu addımı Faiqə barışıq jesti kimi qələmə verildi. Olayın pərdəarxası məqamlarını gün üzünə çıxaran sənətçi qarşı tərəflə münasibətlərin yaxşı olduğuna ehyam vurdu:

“İlk dəfə Faiq Ağayev məni “İnstagram”da qara siyahıya atıb. Sonra da özü gəlib dedi ki, “Mən səni görmürəm”. Cavab olaraq söylədim ki, heç vaxt heç kimi qara siyahıya atmaram. Bir aç, gör, var? Sonra da gördü ki, özü atıb məni qara siyahıya. Bizim aramızda yaşanan söz-söhbət konsert biletlərinin satışı ilə bağlı olmuşdu”.

Röya Faiqlə küsülülüyü anlaşılmazlığa bağlayıb, ondan dəstək gözlədiyini bildirdi:

“Mənim sənət tariximdə Faiq Ağayevin çox böyük rolu var. Hər zaman məni dəstəkləyib, xətrimi də çox istəyib. Anlaşılmazlıqlar olur ki, mən hələ də ondan dəstək gözləyirəm. Mən ancaq kiçiklik edə bilərəm. Nə qədər böyüsəm də, o qədər də kiçikləriyəm. Bunu bilsinlər. Mənim belə ürəyim var. Mən qarabağlıyam. Mənim bir dənə düşmənim var. Mənim üçün başqa düşmən yoxdur. Başqa cür ola da bilməz”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video
Afra illər sonra atasını bağışladı- Foto
Tanınmış aparıcı "Space"dən getdi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video