Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21632
az

Bıçaqlanan polisin görüntüsü yayıldı +VİDEO

10:5628 Dekabr, 2019
662
OXU24 TV
  • A


Tərtərdə bıçaqlanan polis zabitinin vəziyyəti yaxşılaşır.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, polis mayoru Bərdə Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunub: “Aslanov Elçin İslam oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə saat iyirmi radələrində təcili tibbi yardım vasitəsi ilə gətirilib. Zərbələrin 3-ü qarın boşluğuna keçdiyi üçün təcili əməliyyata götürülüb. Vəziyyəti kafidir”. 

 

Xatırladaq ki, hadisə rayonun Buruc kəndində törədilib. Kənd sakini Seyhun Nəcəfov sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Arif  Nəcəfov hadisə yerinə Tərtər rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, sahə müvəkkili, mayor Elçin Aslanovu çağırıb. Hadisə yerinə gələn sahə müvəkkili Seyhun Nəcəfovdan bıçağı almağa bacarıb. Lakin Seyhun evə gedərək başqa bir bıçaqla qayıdıb, həmin bıçaqla da sahə müvəkkilinə 5 zərbə endirib. 

 

Seyhun Nəcəfov saxlanılıb, barəsində cinayət işi başlanıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Orta aylıq əməkhaqqının artımına hansı amillər təsir edir? - VİDEO
Qurban kəsmək kimlərə vacibdir? - AÇIQLAMA - VİDEO

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu