Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21620
az

Ermənilərin Xankəndini işğal etməsindən 28 il ötür

09:1728 Dekabr, 2019
646
QARABAĞ
  • A

Bu gün Xankəndi şəhəri və ətraf ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.

Oxu24.com   xəbər verir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə 1989-cu ildən başlanıb.

Erməni silahlı quldurları bu şəhərdə yaşayıb-işləyən azərbaycanlıları təqib edib, zorla ev-eşiyindən qovub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. Bu, Kərkicahan qəsəbəsinin işğalı ilə başlanılıb.

İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılıb.

İşğal gününə qədər Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

İşğal nəticəsində 34 nəfər şəhid olub, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3-ü qadın, 2-si isə azyaşlı uşaq olub.

İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR