Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21593
az

"Rövşən Lənkəranski"nin mühafizəçisi məhkəmə qarşısında: Qətl və "kriminal razborka" ehtimalı...

17:2927 Dekabr, 2019
808
KRİMİNAL
  • A

Kriminal aləmdə "Rövşən Lənkəranski" kimi tanınan "qanuni oğru" Rövşən Canıyev İstanbulda qətlə yetiriləndən sonra orada bir qrup şəxs saxlandı. Saxlanılanlar arasında dörd nəfər azərbaycanlı, o cümlədən R.Canıyevin qardaşı Namiq Canıyev də vardı.

 

İddia olunurdu ki, "Rövşən Lənkəranski"nin ölümündə digər azərbaycanlı "qanuni oğru", "Lotu Quli" kimi tanınan Nadir Səlifovdan şübhələnirlər. İstanbula da ona qarşı sui-qəsd məqsədilə gediblər və bu üzdən saxlanılıblar.
Saxlanılan dörd nəfər sonradan İstanbul məhkəməsinin qərarıyla bəraət aldı. Onlardan biri də Əli Abdullayev idi.

Bizimyol.info xəbər verir ki, həmin vaxt Əli Abdullayev Bakıda mühafizə polisində işləyirdi. İstanbuldakı hadisədən sonra işdən çıxarıldı.

Əli Abdullayev Əli Abdullayevin İstanbulda həbs olunma anı
Həmin Əli Abdullayev indi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. O, iyunun 24-də metronun "Neftçilər" stansiyasının yaxınlığında Samir Hüseynovu qətlə yetirməkdə ittiham olunur. O, odlu silahdan 8 atəş açsa da, yalnız biri Samir Hüseynova onurğasından dəyib.

Bu ölüm işinə görə Əli Abdullayevlə yanaşı, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov da həbs olunub. Onlar bu qətl hadisəsində Əli Abdullayevə yardım etməkdə ittiham olunur. İlqar və Ülvi özlərini təqsirli bilmir. Əli Abdullayev isə özünü qismən təqsirli bilir. O, ifadəsində deyib ki, həbs edilənə qədər "Neon" şadlıq sarayının mühafizə xidmətinin rəisi işləyib. Bundan əvvəl isə polis əməkdaşı olub.

Əli Abdullayevin sözlərinə görə, Samir Hüseynov hadisədən öncə bir neçə gün idi ki, onu və ailəsini izləyirdi: "Mən işlədiyim restorana yaxın yerdə kirayədə yaşayırdım. Hər gün, hər saat işə gedib-gəlirdim. Oranın bütün mühafizəsi mənim nəzarətimdə idi. Son günlər məni izləyirdi. Artıq dördüncü dəfə məni izlədiyini, ailəmə yaxınlaşdığını gördüm.

 

Sonradan adının Samir olduğunu bildiyim şəxsi ilk dəfə yaşadığımız binanın həyətində gördüm. Yoldaşımla həyətdə oturanda biz tərəfə yaxınlaşıb 6-7 metr məsafədə oturdu. Birinci dəfə təsadüf olduğunu düşündüm. Bir neçə gün sonra onu yenə də binanın yaxınlığında gördüm. Üçüncü dəfə də biz binanın qarşısında maşına minəndə bu qaçıb məhəlləyə gəldi. Sanki bizim çıxacağımız vaxtı dəqiq bilməmişdi, gecikmişdi. Sonuncu dəfə də hadisə günü onu gördüm. Axşam yoldaşımla binanın həyətində oturmuşduq. Sakitçilik idi və ayaq səslərini eşidirdim. Kiminsə bizə yaxınlaşdığını bildim. Ayağa qalxıb gördüm ki, yenə biz tərəfə yaxınlaşır. Gəlib bir neçə metrlikdə oturdu. Həmin vaxt Ülvi də orada idi. Ülvi yoldaşımgili evə gətirmişdi. Mən Ülviyə dedim ki, getməsin. Məni də işə aparmasını istədim. Biz oradan çıxanda Ülviyə dedim ki, onun hansı istiqamətə getdiyinə baxsın. Evdən qayıdanda gördüm ki, Ülvi yoxdur. Zəng edib İlqara dedim ki, mənə maşın göndərsin. Restorandan yanıma maşın bir neçə dəqiqəyə gəldi. Ülviyyə zəng edib harada olduğunu soruşdum. Dedi ki, üzü "Neftçilər" metrostansiyası tərəfə gedir. Dedim ki, geri qayıtsın. Mən Samir tərəfə getdim. Ona yaxınlaşıb məni izləməsinin səbəbini soruşacaqdım. Bu zaman üstümə gəldi. Onun neçə gündür məni izləməsindən, üstümə gəlməsindən ehtiyat edib silahı çıxardım. Onu vurmaq istəmirdim. Bir neçə dəfə havaya atəş açdım. Üstümə gələndə tutuşduq. Mən onu vurmaq istəsəydim, başından vurardım".

Bu ölüm işi ilə bağlı məhkəmə davam edir.

Bu hadisənin kriminal qruplar arasındakı hesablaşmaların tərkib hissəsi olduğu istina olunmur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı
Ali Məhkəmənin adından istifadə edərək dələduzluq edən şəxslərə cinayət işi açıldı
Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı